Aqil Abbas baş nazirə müraciət etdi: “Siz Söyüdlü üçüm komissiya yaratmısınız, birini də Ağdam, Ağcabədi üçün yaradın”

"Hər yerdə sığorta ilə bağlı maarifləndirmə işləri aparılır, amma camaat sığortalanmaq istəmir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deyən millət vəkili Aqil Abbasın sözlərinə görə, Ağdamı, Ağcabədini dolu vurub, camaatın əziyyətlə yetişdirdiyi məhsul məhv olub: "Ağdamdan, Ağcabədidən mənə zənglər edirlər. Mən də onlara deyirəm niyə sığorta olunmamısan ki, dövlət də indi sənə sığorta versin. Üzümü tuturam Əli Əsədova. Camaat 10-15 min ziyana düşüb. Onlar səhv edib, sığorta etdirməyiblər. Bəs bunlar nə etsin?! Bu əhaliyə heç olmasa az miqdarda da olsa, əl tutsunlar. Yoxsa o camaat qaçıb Bakıya gələcək. Büdcəni təsdiq edəndə də gördük ki, dövlətimizin bu imkanı var. Onların evləri də dağılıb, şiferləri qırılıb. Bir əmimoğu var, başına nə boyda dolu düşübsə, aparıblar xəstəxanaya. Görün nə boyda dolu yağıb. Hörmətli Əli müəllim, siz Söyüdlü üçüm komissiya yaratmısınız, birini də bu Ağdam, Ağcabədi üçün yaradın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31