İki həftə əvvəl Rusiyadan 2 nəfər gəlib bu hadisələr üçün pul toplayıb - Deputat

"Heç nə birdən birə olmur. Gədəbəyin Söyüdlü kəndində də baş verənlər birdən-birə olmayıb". Olaylar xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib. Bildirib ki, iki həftə əvvəl Rusiyada yaşayan 2 nəfər gəlib bu hadisələr üçün pul toplayıb: "Başqa adamların, Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin və keçmiş millət vəkili Nazim Bəydəmirlinin də adı çəkilir. Bir çoxu da mahiyyətə varmadan bu prosesə qoşulur. Azərbaycan polisi öz vəzifəsini icra edib. Bu zaman bir nəfər polis qaydanı pozub, o da cəzalandırılacaq. DİN bununla bağlı yoxlama təşkil edib və əməkdaşlarını Söyüdlüyə göndərib. Dövlət bütün imkanlarından istifadə edir ki, bu hadisənin əsas mahiyyəti önə çıxsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31