Ermənipərəst deputatlar öz fəaliyyətlərindən əl çəkmirlər - Deputat

"Laçın nəzarət-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki təxribat gözlənilən idi". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin növbədənkənar sessiyasında deyib. Bildirib ki, AŞPA-da erməni deputatların bu təxribatı necə səbirsizliklə gözlədiklərini müşahidə ediblər: "Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Ermənipərəst deputat Natali ilə görüşmək istəyəndə bizi qəbul etməmişdi".

Milli Məclisin sədri Sahibə Qafarova isə T.Gəncəliyevə cavabında bildirib ki, gərək elə o görüşmək istəməyəndə dərhal tviterdə status yazardınız: "O, Avropa Parlamentinin deputatı, siz isə Avropa İttif aqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrisiniz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31