Ermənistanda Paşinyan əleyhinə narazılıqlar artıb - ÖZƏL

Ermənistanda "Mənim şərəfim var" fraksiyasının rəhbəri Hayk Mamicanyan xalqı baş nazir Nikol Paşinyanı devirməyə çağırıb. O, müxalifətin "küçə döyüşləri"nə hazırlaşdığını bildirib. Ancaq H.Mamicanyan təfərrüatları açıqlamayıb, sadəcə, vaxtın daraldığını vurğulayıb. Müxalifət lideri xalqın birləşərək Paşinyanı devirə biləcəyinə əminliyini ifadə edib.

"OLAYLAR"-ın xəbərinə görə, Ermənistanda cərəyan edən proseslərə diqqət çəkən siyasi ekspert Kənan Novruzov deyib ki, N. Paşinyanın Azərbaycanla ehtimal edilən sülh müqaviləsi, o cümlədən nəqliyyat-kommunikasita xətlərinin açılamasına dair səsləndirdiy loyal bəyanatlar ölkə daxilində mövcud iqtidar əleyhinə narazılığı artırmaqdadır:

"H. Mamicyanın bəyanatı N. Paşinyanın parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında  çıxışından sonraya təsadüf etdi. Fikrimcə, bu, heç də təsadüf deyil. Belə ki, baş nazirin xüsusilə Şuşanın Azərbaycana aid olması ilə bağlı səsləndirdiyi fikirlər, həmçinin onun keçmiş hakimiyyəti tənqid etməsi daxildəki müxalifləri qıcıqlandırmaya bilməzdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31