Sosial şəbəkədə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar - Deputat

"Gədəbəyin Söyüdlü kəndində olanlardan kimlərsə özləri üçün yararlana bilməz. Orada polisin köntöy davranışına görə, bütöv sistemi qaralamaq düzgün deyil". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bugünkü növbədənkənar sessiyasında deyən deputat Fazil Mustafanın sözlərinə görə, vətəndaş etiraz edir, dövlət də buna adekvat davranış nümayiş etdirir. Bəziləri odun üstünə daha çox benzin tökmək yarışına giriblər. Sosial şəbəkədə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar. Onlar bununla dövlətimizin Şərqi Zəngəzurda apardığı işin üstünə kölgə salırlar. Vaxtilə "Qarabağı unutma" şüarı var idi. İndi də "Zəngəzuru unutma" şüarı olmalıdır. Ona görə Söyüdlü məsələsinə həssas yanaşmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31