MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi məsələsinə baxılıb - ÖZƏL

MDB Parlamentlararası Assambleyası  Surasının baş katibinin müavini, Azərbaycan Milli Məclisinin MDB PA -da salahiyyatli nümayandasi Aydın Cəfərov və Milli Məclisin deputatı İqbal Məmmədov Qırğız Respublikasının Çolpon-Ata şəhərində səfədədir.
"OLAYLAR"-ın xəbərinə görə, bu barədə millət vəkili İqbal Məmmədov özü məlumat verərək bildirib ki, iyunun 22-25-i tarixlərində baş tutan səfərin məqsədi MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında iştirak etməkdir.
İqbal Məmmədov bildirib ki, iclasda MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə baxılır:
"Assambleyanın gəlir və xərclər smetasında, habelə qurumun fəaliyyətinin bir sıra istiqamətlərinin maliyyə təminatlarında dəqiqləşdirmələrin aparılması müzakirə edilərək  digər məsələlər nəzərdən keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31