"Bir əsrin iqtisadi nəticələri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin, Heydər Əliyev Mərkəzinin və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Bir əsrin iqtisadi nəticələri" mövzusunda V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı təşkil olunmuşdur. Konfrans nəzdində Azərbaycan Dövlət Rəsm Qalereyasının və "AXIN" sosial media platformasının və HELM yaradıcılıq mərkəzinin dəstəyi ilə "Əsrin 100 çaları" adlı sərgi təşkil olunmuşdur.

Konfransın açılışında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru professor Ədalət Muradov, TÜRKSOY-un Baş katibi Sultan Raev, ölkənin və xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim və tədqiqatçıları iştirak ediblər.

"Heydər Əliyev İli" çərçivəsində təşkil edilən konfrans "Bir əsrin iqtisadi nəticələri" mövzusuna həsr olunub və iyunun 25-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31