ABŞ-da Xarici işlər nazirlərinin görüşündə müsbət nəticələr mümkündür - ÖZƏL
23 İyun 2023 08:20 SiyasətGələn həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ -da növbəti dəfə görüşəcəklər. Vaşinqton iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində praktiki addımlar atır". Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,
kommunikasiyaların və sərhədlərin delimitasiya -demarkasiyası üzrə işçi qrupunun iclasıda keçirəliləcək. Bununla bağlı razılıq əldə edilib: "ABŞ -da aparılan danışıqlar prosesindən müsbət nəticənin olacağı istisna deyil. Çünki, hər iki ölkə bir sıra məsələlərdə razılığa gəlib. ABŞ may ayından sülhün əldə edilməsi üçün real imkanlarını ortaya qoyub.
ABŞ-da nazirlərin görüşü bir neçə gün çəkə bilər. Ola bilər ki, sülh müqaviləsinin mətni hazırlansın. Sülh müqaviləsinin mətnini hazırlanması üçün müəyyən irəliləyişlər var. Ermənistan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Delimitasiya və demarkasiya birgə komissiyanın iclası olacaq. Həmçinin dəmiryol xəttinin çəkilməsi ilə bağlı ilkin razılaşma da var. Buna baxmayaraq, Ermənistan Qarabağ erməniləri ilə bağlı iddialar ortaya qoyur .Həmçinin anklavlarla bağlı məsələlərdə Yerevan öz mövqeyində düzəliş etməyib. Vaşinqton görüşündə müsbət nəticə olacaqsa, Rusiya yenidən fəallaşacaq. Qarabağda və şərti sərhəddə təxribatlara əl atacaq".