AŞPA-da depitatımızın müəllifi olduğu qətnamə qəbul edilib - ÖZƏL
23 İyun 2023 08:12 SiyasətAŞPA-nın yay sessiyasında "Böyük Britaniyanın insan hüquqları üzrə qanunvericiliyində islahatlar: insan hüquqlarının müdafiəsinin dövlətdaxili və Avropa nəticələri" adlı qətnamə qəbul edildi. Olaylar xəbər verir ki, sözügedən qətnamənin müəllifi Azərbaycanının qurumdakı nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərovdur.
Qeyd edək ki, AŞPA-nın yay sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sessiyada Türkiyədə parlament və prezident seçkilərinin müşahidəsinin nəticələri, transmilli repressiyanın qanunun aliliyinə və insan hüquqlarına təhdidi, səhiyyədə sağlamlığa vahid yanaşma, miqrantların və qaçqınların sosial inteqrasiyası, rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi və digər məsələlərə baxılacaq.
Tədbirdə Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Yığıncaqda, habelə Avropa Şurasının 2024-2027-ci illər üçün büdcəsi və prioritetləri, Avropa Şurası Parlament Assambleyasının 2024-2025-ci illər üçün xərcləri barədə məruzələr, qurumun Büro və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək.
Səfər iyunun 25-də başa çatacaq.