Sarıcalıdakı kütləvi məzarlıq nə birinci, nə də sonuncudur - ÖZƏL
23 İyun 2023 08:03 SiyasətAğdamın Sarıcalı kəndində aşkarlanan kütləvi məzarlıq erməni vəhşiliyinin növbəti təzahürüdür". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, təssüf ki, bu nə birinci nə də sonuncu kütləvi məzarlıqdır: "Bu günə kimi dörd min Azərbaycanlının taleyi məlum deyil və bu günə kimi Ermənistan Azərbaycana bu barədə heç bir dəqiq məlumat vermir. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar da bu məsələyə laqeyd və biganə yanaşır, Ermənistanı cəzalandırmırlar. Ermənistan da bundan ilhamlanaraq yeni cinayətlər törətmək barədə xəyallar qurur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31