Azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər mütləq cəzalandırılmalıdır - ÖZƏL
23 İyun 2023 08:01 SiyasətErməni vəhşiliyini 1-ci Qarabağ müharibəsi vaxtında dünya ictimaiyyətinə çatdırmaq mümkün olsa da, bu günə kimi də hələ ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinə beynəlxalq müstəvidə hüquqi qiymət verilməmişdir". Olaylar xəbər verir ki, bunu deyən hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşovun sözlərinə görə,
erməni-rus tandeminin törətdiyi təkcə Xocalı soyqırımına əksər dünya dövlətləri siyasi qiymət versə də, Ermınistan dövləti və bu soyqırımı həyata keçirmiş cinayətkarlar müvafiq cinayət məsuliyyətinə cəlb edilməyiblər: "Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı bəşəriyyəti sarsıdan cinayətlərinin maştabı və həcminin nə qədər böyük olmasını 2020-ci il Vətən müharibəsində Azərbaycanın şanlı, tarixi qələbəsindən sonra azad etdiyi ərazilərdə mütamadi şəkildə aşkar edilən azərbaycanlıların kütləvi məzarlıqları göstərir, sübut edir. Ermənistanın öz havadarları ilə birlikdə Vətən müharibəsundə məğlub olandan sonra 1-ci Qarabağ müharibəsi vaxtında 5 minə yaxın itkin düşmüş azərbaycanlılar haqqında məlumat verməkdən imtina etməsi sözsüz ki, vətəndaşlarımıza qarşı Ermənistanın törətdiyi soyqırım əməlidir. Təbii ki, ermənilərin azərbaycanlılara qarşı keçirdiyi soyqırım cinayəti Ermənistanın 90-cı illərdə işğal etdiyi Azərbaycan ərazilərinə daimi sahibləndiyi düşüncəsinə və azərbaycanlılara, türk etnosuna qarşı genetik düşmənçilik hisslərinə əsaslanır".