Ceyhun Bayramov britaniyalı nazirlə regional təhlükəsizlik vəziyyətini müzakirə edib - FOTO
22 İyun 2023 22:31 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfəri çərçivəsində krallığın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.
Qeyd edilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31