İrpin şəhərinin bərpasına kömək edəcəyinə görə Azərbaycana minnətdarıq - Britaniya səfiri
22 İyun 2023 22:19 Siyasətİrpin şəhərinin bərpasına kömək edəcəyinə görə Azərbaycana minnətdarıq.
Olaylar.az trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould bu gün Bakıda keçirilən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına - Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Londonda Ukraynanın bərpasına dair konfransda iştirakından da məmnunam", - deyə səfir bildirib.
Bundan əlavə, səfir bu ay Kişinyovda Prezident İlham Əliyevlə Prezident Volodimir Zelenskinin görüşünün baş tutmasını alqışlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31