Azərbaycan ilə Böyük Britaniya arasında siyasət və iqtisadiyyat sahələrində strateji əlaqələr mövcuddur
22 İyun 2023 21:40 SiyasətAzərbaycan ilə Böyük Britaniya arasında siyasət və iqtisadiyyat sahələrində strateji əlaqələr mövcuddur.
Olaylar.az trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına - Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.
"Azərbaycan Böyük Britaniya ilə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir. Bu baxımdan iki ölkə arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin tezliklə imzalanması çox vacibdir. İnanıram ki, hökumətlərarası komissiyanın iclasının keçirilməsi əməkdaşlıq üçün yeni imkanlar açacaq", - deyə nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31