Bu il Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə işlərinə dəstək üçün milyon funt sterlinq ianə edib - Səfir

Bu il biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizlənməsi üçün Britaniyanın dəstəyinin ilk milyon funt-sterlinqini köçürdük.

Olaylar.az trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould bu gün Bakıda keçirilən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına - Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.

"Bu il ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələrinin 22 nümayəndəsinə britaniyalı təlimatçılar tərəfindən partlamamış hərbi sursatlarla mübarizə üzrə təlim keçilib.

Həmçinin bu il Azərbaycan və Türkiyə gömrük orqanları ilə beynəlxalq sərhədlərdən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə ilk dəfə üçtərəfli tərəfdaşlıq üzərində işlərə başlanılıb", - deyə səfir qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31