Britaniya universitetləri azərbaycanlı tələbələr arasında ən populyardır - Səfir

Britaniya universitetləri azərbaycanlı tələbələr arasında ən populyardır.

Olaylar.az trend-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına - Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, bu ay Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Uorvik Universiteti arasında bərpa olunan və dayanıqlı enerji üzrə magistr dərəcəsi üzrə ilk Britaniya-Azərbaycan ikili diplom proqramı haqqında razılıq əldə olunub.

"Bu ay Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycana birinci dəfə deyil, artıq 9-cu dəfə səfər edib. O, dövlət başçısı və digər rəsmi şəxslərlə, o cümlədən energetika naziri ilə mühüm müzakirələr aparıb", - deyə səfir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31