Çexiyalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik və Deputatlar Palatasının üzvü MişalRatiborski iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar."Olaylar" xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı,  Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriElnur Allahverdiyevvə digər rəsmi şəxslər müşayiət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31