"Vaşinqtonda baş tutacaq XİN başçılarının görüşü olduqca önəmlidir"- ÖZƏL
22 İyun 2023 15:26 Siyasət"Paşinyan yeni bəyanatında əvvəllər dediklərini bir qədər təkrar edir. Ancaq, yeni notlar da var. Xüsusilə, gələn həftə Vaşinqtonda baş tutacaq XİN başçılarının görüşü olduqca önəmlidir. Çünki, dünən Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken görüşüb. Orada müzakirə olunan məsələlər içərisində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması olub. Qərara gəlinib ki, bu prosesi surətləndirmək lazımdır.
ikincisi Paşinyan sərhədlərin delimitasiyası ilə bağlı məsələyə toxunub. İşçi qrupu var. Yenidən gündəmə gətirilməsi yaxşı haldır".
Olaylar.az xəbər verir ki, bu sözləri politoloq Cümşüd Nuriyev deyib:
"Üçüncü məsələ kommunikasiyaların açılması məsələsidir. Bu, Paşinyanın cürətinin artmasına dəlalət edir. Çünki, kommunikasiyanın açılmasını istəməyən İran idi. Ermənistan isə gah nala, gah da mıxa vururdu. Qısa desək, Paşinyanın bəyanatı yaxşı bəyanatdır. Ancaq, sonradan buna əməl etməsi sual altındadır. Çünki, Paşinyan həddən artıq qeyri-adekvat addımlar atan siyasətçidir".