Azərbaycan hərbi gücü və qüdrətli ordusunun əzmi sayəsində öz ərazi bütövlüyünü bərpa etdi

Azərbaycan bir qayda olaraq yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsində maraqlı olaraq bu sahədə müvafiq addımlar atır. Elə bunun göstəricisidir ki, dünyanın əksər ölkələri də yerləşdiyimiz coğrafiyada Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Necə ki, Pakistan kimi. Məlumat üçün qeyd edək ki, Pakistan da Türkiyə qədər Azərbaycana yaxın, dost-qardaş ölkədir. Bakı ilə İslamabad arasında əməkdaşlığın yüksək göstəricisidir ki, 44 günlük Vətən müharibəsində Pakistan Azərbaycanın yanında yer aldı və apardığımız haqq işi uğrunda mübarizəni dəstəklədi. Elə bu günlərdə Pakistanın baş nazirinin Azərbaycana səfəri də bu əlaqələrdən irəli gəlirdi. Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycanla Pakistan arasındakı əlaqələr qədim tarixi köklərə malikdir və hər iki dövlət daima bir-birinin yanında olmuş, bir-birini dəstəkləmişdir: "Ölkələrimiz arasındakı əlaqələr günbəgün daha da dərinləşir və hər bir sahə üzrə yüksələn xətlə dinamik şəkildə inkşaf edir. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri Azərbaycanla Pakistan arasındakı mövcud əlaqələrin daha da inkşafına böyük təkan verəcək.

Səfərlə bağlı mətbuata bəyanat verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mövcud münasibətlərimizin qardaşlıq münasibətləri olduğunu bildirərək bu münasibətlərin birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı qardaş Pakistan Respublikasına işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmayan ölkə olduğunu xüsusi olaraq vurğuladı və bu qardaş mövqeyinə görə bir daha minnətdarlığını ifadə etdi. Bu fakt bir daha Ermənistanın dünya miqyasında heç bir nüfuza sahib olmamasını və dünya dövlətləri tərəfindən dəstəklənmədiyini, boykot olunduğunu göstərmiş oldu. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətinin nəticəsində mümkün olmuşdur. Zərgər dəqiqliyi ilə ölçüb biçilərək həyata keçirilən unikal xarici siyasət nəticəsində Ermənistanın işğal və terror siyasəti ümumilikdə  mövcud reallıqlar və ölkəmizin haqq səsi dünya ictimaiyyətinə çatmışdır".

Deputat qeyd edib ki, eyni zamanda cənab İlham Əliyev Azərbaycanın da öz növbəsində Kəşmir məsələsində hər zaman Pakistanın mövqeyini ciddi şəkildə dəstəklədiyini və bundan sonra da  dəstəkləməyə davam edəcəyini diqqətə çatdırdı: "Daha sonra Ali Baş Komandanımız İlham Əliyev Pakistan Respublikasının Baş nazirinə Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı gedən danışıqlar haqqında məlumat verərək bildirdi ki, Ermənistan siyasi iradə nümayiş etdirməli və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir: "Qarabağ Azərbaycandır! Bəli, artıq dalana dirənmiş Ermənistnın yalnız və yalnız bir yolu var. Maşa dövlət olmaqdan və çoxüzlü siyasətdən əl çəkərək Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirmək."

Daha sonra dövlətimizin başçısı ölkələrimiz arasındakı enerji, təhsil, müdafiə sanayesi sahələrində aparılan müzakirələr, mövcud prespektivlər haqqında ətraflı məlumat verdi. Mətbuata bəyanatında Azərbaycan Prezidenti beynəlxalq hüququn selektiv şəkildə tətbiqini vuğulayaraq bildirdi ki, Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak etsə də bu danışıqlar heç bir nəticə vermədi. Azərbaycan yalnız hərbi gücü və qüdrətli ordusunun əzmi sayəsində öz ərazi bütövlüyünü bərpa etdi. Bəli, tarixə əbədi həkk olan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistanı ağır məğlubiyyətə uğradaraq düşmənlərimizi doğma torpaqlarımızdan qovdu və Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq hüququ və ədaləti bərpa etdi. Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini və humanistliyini dünyaya nümayiş etdirdi".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31