Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı qismində çıxış edir - ÖZƏL

Milli Məclisin nümayəndə heyəti Avstriyada bir sıra səmərəli görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili, nümayəndə heyətinin üzvü  Siyavuş Novruzov məlumat verib: "Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə Avstriya Respublikasına rəsmi səfər çərçivəsində bu ölkənin Parlamenti Federal Şurasının sədri Günter Kovaks ilə görüşdük. Görüşdə bu il ölkələrimiz arasında qeyd olunan diplomatik münasibətlərin yaradılmasının 30 illiyi fonunda mövcud əlaqələrin daha da inkişafı potensialı ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı qismində çıxış etdiyini bildirən Avstriya Parlamenti Federal Şurasının sədri iki ölkənin parlamentlərarası əlaqələrini daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd etdi. Günter Kovaks qeyd etdi ki, bu səfər parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı qarşılıqlı niyyətin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31