Heydər Əliyev siyasətində humanitar istiqamət xüsusi yer tuturdu - ÖZƏL
22 İyun 2023 12:43 Siyasət"Heydər Əliyevin müdrik lider kimi yeritdiyi siyasətin tərkibində humanitar istiqamət xüsusi yer tuturdu. Dahi şəxsiyyətin tarixi keçmişimizə, ana dilimizə, milli-mənəvi dəyərlərimizə qayğıkeş münasibəti bu sahənin öyrənilməsinə, qorunub saxlanılmasına güclü təkan verdi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azxərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov səsləndirib. O bildirib ki, məhz Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən başlayaraq, milli ruh gücləndi, vətənpərvərlik, azərbaycançılıq ideyaları qüvvətləndi: "O, Azərbaycan ziyalılarını və xalqı strateji hədəflər üçün səfərbər etməyi bacardı. Vətənpərvərlik təbliğatının ədəbiyyata, ictimai və siyasi mühitə gətirilməsi, milli ruhun gücləndirilməsi Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindəndir. Bütün bunlar müstəqilliyin mənəvi və mədəni təməllərinin yaradılmasında əsas yerlərdən birini tutdu".