Azərbaycan Ukraynanın bərpasında iştirak etməklə öz mövqeyini ortaya qoyub - ÖZƏL
22 İyun 2023 12:28 Siyasət"Böyük Britaniyada Ukraynanın bərpası konfransı keçirilir. Azərbaycan bu konfransda xarici işlər naziri səviyyəsində təmsil olunur. Azərbaycan Ukraynanın Rusiya tərəfindən soyqırıma məruz qalan Buçanin bərpasında yaxından iştirak edəcək. Buçanin seçilməsi təsadüfi deyil. Çünki, 1992-ci ildə Rusiyanin 366 -cı Alayı tərəfindən ermənilərlə birgə Xocalı 30 il bundan əvvəl, Buçanın taleyini yasayib". Olaylar"ın məlumatına görə, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə bildirib ki, Ukraynanın yaşadığını Azərbaycan 30 il bundan əvvəl yaşayıb. Təəssüf ki, Azərbaycanın dağıdılmış şəhər və kəndlərinin bərpası üzrə belə bir konfrans çağırılmadı: "Deməli, ikili standartlar mövcud olmaqda davam edir. Azərbaycanın belə bir konfransda iştirak etməsi, bir növ mənəvi borcudur. Biz bu tribunadan Ermənistanın Azərbaycana qarşı eyni ilə Ukraynadakı kimi dağılmış şəhərlər barədə məlumat verə bilərik. Azərbaycanın Ukraynanın bərpası konfransında iştirakı, Qərblə bu məsələdə eyni siyasi mövqedən çıxışımızı göstərir. Rəsmi Bakı Ukrayna məsələsində Qərb platformasında siyasi-humanitar müstəvidə təmsil olunur. Bu, yeni dünya nizamında Azərbaycanın mövqeyini gücləndirəcək. Həmçinin ölkəmizə beynəlxalq siyasi dəstəyi artıracaq. Rusiya-Ukrayna müharibəsi Qərbin baxış bucağını dəyişib və beynəlxalq təhlükəsizlik sisteminin qurulması istiqamətində addımlar atılır. Azərbaycanda Cənubi Qafqazda yeni siyasi nizam yaratmaqla, Rusiya ilə qonşu ölkə olaraq Qərbin təhlükəsizlik və enerji siyasətində prioritet bir ölkədir. Ona görə də Azərbaycanın Qərblə əməkdaşlığı zəruridir. Ukraynanın bərpasında Azərbaycanın iştirakı ölkəmizin milli maraqlarına cavab verir. Azərbaycan bugün məhz kollektiv Qərbin yanında yer almaqla, balans siysətində korrektlərə gedir. Bu, yeni dünya nizamının çağırışlarına nizamlanır".