Sərhədimizdə ABŞ bayrağı qaldırıldı – rəhbər işdən qovuldu
21 İyun 2023 23:38 SiyasətArazdəyənin inzibati rəhbəri Saro Ayvazyanın işdən azad edildiyi bildirilir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yerli sakinlərə istinadla məlumat yayıb.
Məlumata görə, Ayvazyan Arazdəyəndə inşa edilən metallurgiya zavodunda ABŞ bayrağının qaldırılması səbəbindən istefaya məcbur edilib.
Vedi (Ararat) rayonunun qubernatoru isə Ayvazyanın işində yol verdiyi nöqsanlara görə işdən çıxarıldığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31