Ceyhun Bayramov III Çarlzla görüşüb

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Ukraynanın Bərpası Konfransı öncəsində III Çarlzın Müqəddəs Ceyms Sarayında təşkil etdiyi qəbulda iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31