Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
21 İyun 2023 19:44 SiyasətAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31