"Üçtərəfli formatda fəaliyyətdən geri çəkilməməyə çağırırıq" (YENİLƏNİB)
21 İyun 2023 23:52 SiyasətBiz İrəvanı üçtərəfli formatda fəaliyyətdən geri çəkilməməyə çağırırıq. Onların fəaliyyətindəki fasilələr regiondakı vəziyyətə mənfi təsir göstərir və vəziyyətin gərginləşməsinə gətirib çıxarır.
Olaylar.az trend-ə istinadən bildirir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışarkən deyib.
"Biz razılaşdırılmış hər şeyin yerinə yetirilməsinin tərəfdarıyıq. Biz bölgədəki vəziyyətdən tutmuş iqtisadiyyata qədər bütün istiqamətlərdə addım-addım işləməyə hazırıq. Bu, çox böyük səy tələb edən, çox çətin işdir. Bunu etdik və davam etdirməyə hazırıq. Rusiya sülhməramlılarının əsas vəzifəsi onların məsuliyyətində olan zonada atəşkəs rejimini qorumaqdır".
Bundan əlavə, Zaxarova qeyd edib ki, Rusiya dəfələrlə sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını tələb edib. Onun sözlərinə görə, bu işlər səmərəli olmalıdır.
Zaxarova əlavə edib ki, Kreml də öz növbəsində sərhəd xəttinin keçidinin müəyyənləşdirilməsinə kömək etməyə hazırdır.