Prezident Azərbaycanla Bosniya və Herseqovina arasında Sazişi təsdiqləyib
21 İyun 2023 15:49 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında" Sazişi təsdiq edib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, belə ki, Prezident bununla bağlı Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Qeyd edək ki, Saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31