Heydər Əliyev millətin taleyinin xilaskarıdır - ÖZƏL
21 İyun 2023 11:17 Siyasət"Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır".
"OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Alıkişiyev deyib ki, Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsi və tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı:
"Ölkədə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31