Heydər Əliyev mədəniyyət və incəsənətin bütün sahələrinə dərindən bələd olan şəxsiyyət idi - ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunub saxlanması, inkişafı və dünyada təbliğində əvəzolunmaz rolu, həmçinin bu sahədə çalışan mədəniyyət və incəsənət xadimlərinə hər zaman göstərdiyi böyük diqqət danılmazdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyev incəsənət xadimlərinin yaxın dostu idi. O hər zaman incəsənət xadimləri ilə söhbət edər, onlara məsləhətlər verər və Azərbaycan incəsənətinin ölkəmizdən kənarda da yüksək səviyyədə təbliği üçün əlindən gələni əsirgəməzdi. Onun sayəsində Azərbaycan incəsənətin dünyanın bir çox ölkələrində yüksək  səviyyədə təmsil olunub: "Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Onun ədəbiyyat və incəsənət xadimlərinə, o cümlədən Azərbaycan bəstəkarlarından Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Rəşid Behbudova, rəssamlarımızdan Tahir Salahova, Mikayıl Abdullayevə, Ömər Eldarova, Lətif Kərimova, şair və ədiblərimizdən Süleyman Rüstəmə, Rəsul Rzaya, İlyas Əfəndiyevə, Mirzə İbrahimova, Süleyman Rəhimova və başqa sənətkarlara göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi. Xüsusilə vurğulamaq istəyirəm ki, Heydər Əliyev mədəniyyət və incəsənətin bütün sahələrinə dərindən bələd olan nadir bir şəxsiyyət idi. Söhbət rəssamlıqdan gedirsə, ümummilli liderimiz sənətşünas, musiqi sahəsində musiqişünas, teatr aləmində teatrşünas, ədəbiyyatdan söhbət gedirsə, bir filoloq kimi mühakimə yürüdür, maraqlı fikirlər söyləyirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31