Bölgəni yenidən qan gölünə çevirmək istəyirlər - ÖZƏL
21 İyun 2023 10:06 SiyasətErmənistanın müntəzəm olaraq təxribatlar həyata keçirməsi, şərti sərhəd boyunca silah-sursat, texnika və canlı qüvvə toplaması, eləcə də müxtəlif istiqamətlərdən mövqelərimizin demək olar ki, hər gün atəşə tutulması daha çox xarici faktorlarla bağlıdır. Düzdür, qeyd edilən mənfi halların baş verməsində Paşinyan hakimiyyəti, eləcə də Ermənistandakı revanşist qüvvələr də maraqlıdır. Ancaq Azərbaycanla şərti sərhəd boyunca gərginliyin baş verməsində daha çox bölgədə yeni bir qarşıdurma yaratmaq, regionu qan gölünə çevirmək istəyən xarici güclər məsuliyyət daşıyır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, bunlar sırasında yer alan ölkələr isə Fransa, İran və Rusiyadır:
"Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Ermənistan hökuməti, Paşinyan hakimiyyəti də həmin xarici güclərin drijor çubuğu ilə hərəkət edərək Azərbaycanla sülh müqaviləsi imzalamaq əvəzinə gərginlik yaratmağaq üstünlük verir. Ancaq Ermənistan hakimiyyəti unudur ki, bunun çox böyük səhvə yol verir. Çünki yenidən hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistanı adlarını çəkdiyim heç bir ölkə qoruya, müdafiə edə bilməyəcək. Rusiyanın başı Ukraynaya qarışıb, Fransa əlində olan hərbi texnikaları Ukraynaya yardım olaraq göndərib, İranın Ermənistana verdiyi PUA və digər silahları isə Azərbaycanın Hərbi Hava Qüvvələri qısa müddətdə sıradan çıxarmaq gücünə, potensialına malikdir. Ona görə də yaxşı olar ki, Ermənistan tarixi səhvinə yol verməsin".