Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Avstriyadakı səfirliyində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib - FOTO
20 İyun 2023 22:27 SiyasətXəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Avstriya Respublikasında rəsmi səfərdədir.
Olaylar xəbər verir ki, iyunun 20-də nümayəndə heyətinin üzvləri Azərbaycanın bu ölkədəki səfirliyinə gəlib, burada səfirlik əməkdaşları üçün yaradılmış şəraitlə yaxından tanış olublar.
Spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri səfirlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əməkdaşlarla səfirliyin fəaliyyəti barədə söhbətlər aparıblar.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31