Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi BMT Baş Assambleyasının 77-ci prezidenti ilə görüş keçirib - FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos və BMT Baş Assambleyasının 77-ci prezidenti Ksaba Korosi ilə görüşlər keçirib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, görüş zamanı BMT-nin Baş Katibi cənab Antonio Quterreş ilə "Ümumi Gündəliyimiz: Multilateralizmin yenidən işə salınması" mövzusuna keçirilən Ali-Səviyyəli toplantının nəticələri, Mərkəzin BMT-nın 78ci Baş Assambleyası çərcivəsində təşkil edəcəyi Ali Səviyyəli toplantı və 2024-cü ildə təşkil olunacaq XI Qlobal Bakı Forumu müzakirə edilib.

BMT Baş Assambleyasının prezidenti ilə görüşdə Mərkəzin "Nizami ili" çərçivəsində nəşr etdirdiyi "Qələmin Sehri"- Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar kitabının xüsusi nüsxəsi təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31