Pakistanla ölkəmiz arasındakı əməkdaşlıq qardaşlığa, həmrəyliyə söykənir - ÖZƏL
20 İyun 2023 14:34 Siyasət"Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Pakistanla ölkəmiz arasındakı əməkdaşlıq qarşılıqlı hörmət və ehtirama, qardaşlığa, həmrəyliyə söykənir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Fərid Dünyamalıyev səsləndirib. O bildirib ki, bu isə özünü həm Kəşmir, həm də Qarabağ probleminə münasibətdə daim hiss etdirib: "Pakistanın Baş naziri Şahbaz Şərifin ölkəmizə səfəri zamanı verilən bəyanatlar, səslənən açıqlamalar bir daha göstərdi ki, iki dövlət arasında əməkdaşlıq dərin tarixi köklərə malik olmaqla yanaşı, həm də böyük perspektiv vəd edir".
Hakim partiyanın Gənclər Birliyinin üzvü deyib ki, Azərbaycan Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini beynəlxalq təşkilarlarda daim dəstəkləyib və bu gün də dəstəkləməkdədir