Laçın sərhəd keçid məntəqəsinin bağlanması rus kontingent üçün ərzaq problemi yarada bilməz - ÖZƏL

"Erməni təxribatı nəticəsində Laçın sərhəd keçid məntəqəsinin bağlanması rus kontingent üçün ərzaq problemi yarada bilməz".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Ədalət Verdiyev səsləndirib. O bildirib ki,  ruslar ilk günlərdə "toxunulmaz ərzaq ehtiyatlarından" istifadə edə bilərlər:
"Bu ehtiyatlar tükənəndən sonra isə özlərini yaxşı aparsalar, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vasitəsilə Ağdamdan ərzaq ala bilərlər".
Qeyd edək ki, erməni mənbələr Laçın sərhəd buraxılış məntəqəsinin bağlanması ilə Rusiya sülhməramlılarının ərzaq təminatında ciddi problemlər yarandığını iddia edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31