Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib - ÖZƏL

"Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Bu isə qardaşlıq mövqeyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu ölkələr Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı respublikamıza ciddi siyasi dəstək nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Fətəliyevin sözlərinə görə, oxşar problemlə Pakistan da üzləşib: "Kəşmir münaqişəsi uzun illərdir ki, davam edir. Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə dost ölkənin yanında olduğuna diqqət çəkib: "Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır". Pakistanın Baş naziri Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar aparılmasından məmnunluğunu ifadə edib. Ölkəsinin Ermənistanla gələcək münasibətlərinə diqqət çəkən Baş nazir deyib: "Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31