Azərbaycan və Pakistan bir-birini qeyd-şərtsiz dəstəkləyirlər - ÖZƏL
20 İyun 2023 11:11 Siyasət"Azərbaycan bütün məsələlərdə, o cümlədən Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fatma Yıldırımın sözlərinə görə, iki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər: "Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Fond "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Pakistanda bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır. Hazırda iki dost ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu sahələr sırasında neft-qaz və alternativ enerji sektoru da xüsusi yer tutur. Pakistanın Baş naziri bu sahələrlə bağlı ölkəmizdən dəstək istədi. Düşünürəm ki, bu və digər sahələrdə əlaqələrimiz uğurla davam edəcək"