Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb - ÖZƏL

"Bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri olub". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Veteranlar şurasının üzvü, professor Sudeyf İmamverdiyev bildirib ki, hər bir xalqın taleyində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər var: "Azərbaycan tarixində də məhz belə bir şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb və ölkəmizə möhtəşəm nailiyyətlər qazandırıb. Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə, qalib ölkəyə çevirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31