Ermənistan hərbi təxribata hazırlaşır - ÖZƏL

"Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara hazırlaşır". Bunu "Olaylar-a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Ermənistanın planı strateji yüksəkliklər əldə edərək danışıqlarda güzəşt əldə etməkdən ibarətdir: "Prosesə Rusiya da dəstək verir. Ermənistan ordusu ilə N. Paşinyan arasında böhrana baxmayaraq hökumət ordunun tələblərinə əməl edir. Ermənistan ordusunda rəvanşist və Rusiyanın agentura şəbəkəsi eskalasiyada maraqlıdır. Azərbaycanın cavab tədbirləri Ermənistanın yeni ərazilər itirməsi ilə nəticələnəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31