Dövlətlərarası hərbi əlaqələr daha da genişlənib - ÖZƏL
19 İyun 2023 13:35 Siyasət"Çoxəsrlik tarixi və özünəməxsus ənənələri olan Azərbaycan-Pakistan əlaqələri ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra daha ardıcıl və sistemli şəkildə inkişaf etməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, eyni zamanda, Pakistan İslam Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı surətdə ölkələrimizə rəsmi səfərlərinin həyata keçirilməsi ən müxtəlif sahələri əhatə edən çoxsaylı razılaşma sənədlərinin imzalanması, hər iki ölkə tərəfindən atılmış əhəmiyyətli addımlar əlaqələrimizin möhkəm təməllərini təşkil edir və bütün sahələr üzrə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə tam təminat verir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri əməkdar müəllim Nəzakət Talıbova səsləndirib. O bildiirib ki, hazırda Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı münasibətlər bərabərhüquqlu ölkələrin qarşılıqlı etimadı şəraitində formalaşmış, çətin sınaqlardan çıxmış və inkişaf etməkdə davam edən əlaqələrin əsl nümunəsi hesab oluna bilər: "Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib".