Türkiyə və Azərbaycan arasında arasında ticarət dövriyyəsi sürətlə artır - ÖZƏL
19 İyun 2023 12:48 Siyasət"Türkiyə və Azərbaycan arasında hər bir sahədə əməkdaşlıq artan dinamika ilə inkişaf edir. Misal olaraq ticarət dövriyyəsini qeyd etmək olar. Belə ki, ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavid Osmanovun sözlərinə görə, Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artıq 6 milyard dollara yaxınlaşıb və gələcəkdə daha da artacaq: "Bunu həyata keçirilən birgə layihələr, xüsusilə də enerji sahəsində icra ediləcək layihələr təmin edəcək. Məlum olduğu kimi Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bundan sonra da artacaq. Eyni zamanda, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində işlər təbii qaz məsələsi ilə məhdudlaşmır. Ölkələrimiz arasında bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur".