Ermənistan Cənubi Qafqazın Suriyasına çevrilir - ÖZƏL
19 İyun 2023 12:35 Siyasət"Son günlər Laçın, Kəlbəcər, Naxçıvan istiqamətlərində hərbi aktivliyini artıran Ermənistan ordusu yayılan məlumatlara əsasən bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilib və Aİ missiyası formatında fəaliyyət göstərən müşahidəçilərdə bölgədən təxliyə edilib. Ermənistan tərəfi mövcud addımları məhz Azərbaycan ordusunun sərhədboyu ərazilərdə hərəkətliliyinə qarşı cavab tədbirləri kimi adlandırsalar da, mövcud reallıqlar tam əksini nümayiş etdirir". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur koridoru ilə bağlı fikirləri Ermənistan cəmiyyəti və siyasi rəhbərliyi arasında ciddi təşvişə səbəb oldu və İrəvan hakimiyyətinin nisbi sabitliyi pozmağa yönəlik addımları qabaqlayıcı tədbirlər kimi xarakterizə olunmalıdır: "Ermənistan ordusunun təxribat hazırlıqları isə Azərbaycan ordusunun Qarabağda qanunsuz silahlı dəstələrə qarşı hər hansı bir antiterror əməliyyatları icra edəcəyi təqdirdə şərti sərhəd ərazilərdə vəziyyəti gərginləşdirərək qüvvələrimizi ikiyə bölmək və əməliyyatların təsir gücünü zəiflətməyə hesablanıb. Baş verən proseslərin fonunda Ermənistan müdaifə naziri Suren Papikyanın Fransaya səfər etməsi diqqət çəkən məqamlardan biridir. Rəsmi Paris İrəvan üzərində mövcud siyasi təsirini artırmaqla yanaşı hərbi varlığınıda artırmağı planlaşdırır. Fransanın Ermənistana hərbi dəstəyi hesab edirəm ki, anti-tank, anti-dron və radioelektron mübarizə sistemləri ətrafında ola bilər".
AVP rəsmisi deyib ki, Paşinyanın məlum siyasi ritorikası Ermənistanı tədricən Cənubi Qafqazın Suriyası olmağa doğru aparır: "Zəngəzur koridoru və Naxçıvan istiqamətində hərbi gərginliyin artması isə üçüncü ölkələrin hərbi eskalasiyasına səbəb ola bilər ki, buda yeni və coğrafiyası daha böyük münaqişə ocağının yaranması risqini artırır".