Ceyhun Bayramov Böyük Britaniyaya gedib
19 İyun 2023 11:41 SiyasətXarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb.
Nazirlikdən Olaylar.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.
Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31