Pakistan-Türkiyə-Azərbaycan üçlüyü artıq dünyada tanınmaqdadır - ÖZƏL
19 İyun 2023 11:09 Siyasət"Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərindən dərhal sonra Pakistanın baş nazirinin Azərbaycana gəlməsi, Ankara-Bakı-İslamabad münasibətlərinin daha geniş məcrada davam etdiriləcəyinə bir nümunədir. Çünki Pakistan-Türkiyə-Azərbaycan üçlüyü artıq dünyada tanınmaqdadır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri tarixçi Sona Əliyeva səsləndirib. O bildirib ki, bu dövlətlər bir birinə daim dəstək verirlər: "Müharibə dövründə də Pakistan daima Azərbaycanın yanında olduğunu bəyan etdi və çox yaxşı haldır ki, Azərbaycan xalqı da bu dəyəri yüksək qiymətləndirir. Bu gün də Ermənistanın Pakistanda səfirliyi yoxdur və onlar Azərbaycana görə Ermənistanla bütün münasibətləri pozublar".
Sona Əliyeva qeyd edib ki, Pakistanın və Türkiyənin bu gün Azərbaycanın haqlı, ədalətli, işinə dəstək verməsi və əlaqələrin genişləndirilməsi hər üç ölkənin milli maraqlarına cavab verir:
"Milli maraqlara cavab verilməsi isə ölkələrin inkişafı, xalqların təhlükəsizliyi üçün çox vacibdir".