Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətinin tərəqqisinə təkan verdi - ÖZƏL
19 İyun 2023 10:58 Siyasət"Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də,1993-cü ildə ölkəmiz kəskin problemlər və hətta bir dövlət kimi yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, həmin vaxtdan Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında tamamilə yeni bir dövrün əsasını qoydu: "Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmağa başladı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox mədəniyyət müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi. Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. 1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür".