Milli Qurtuluş məşəli öncə xalqımızı, sonra Qarabağı xilas etdi - ÖZƏL

"Bu gün qalib ölkənin qürurlu vətəndaşları olaraq geriyə dönüb tarixi hadisələri təhlil etdiyimiz zaman Azərbaycan xalqının 30 il əvvəl ən çətin zamanda belə müdrik qərarlar verdiyinə şahid oluruq. Bəli, bu otuz ildə müstəqillik yolumuz heç də hamar olmamış və biz müstəqilliyimiz üçün çox sayda qurbanlar vermişik. Lakin yolumuzdan dönməmişik". "Olaylar" xəbər verir ki, bunu YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib: "İndi çox böyük fəxarətlə deyə bilərik ki, Naxçıvanda soyuq, qaranlıq otaqlarda Ulu Öndər Heydər Əliyev tərəfindən yandırılan Milli Qurtuluş məşəli indi işğaldan azad olunmuş Şuşada, Ağdamda, Laçında və digər torpaqlarımızda dalğalanan şanlı üçrəngli bayrağımıza işıq salır. Milli Qurtuluş məşəli öncə xalqımızı, sonra işğal olunmuş Qarabağı, Şərqi Zəngəzuru xilas etdi. İndi isə ən ali məqsədimiz Ulu Öndərin yolu ilə inamla və İlhamla öz tarixi torpaqlarımıza doğru irəliləmək və orada xalqımızın layiq olduğu həyatı təmin etməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31