Diplomatik danışıqlar yerini silahlara verir - ÖZƏL
19 İyun 2023 10:30 Siyasət"Diplomatik danışıqlar yenidən yerini silahlara verir. Ermənistan rəhbərliyi siyasi iradə ortaya qoymaqdan çəkinir". "Olaylar" xəbər verir ki, bunu deyən poltoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanda Daşnaksütyun partiyası və revanşist qüvvələr Rusiyanın təlimatı ilə hərəkətə keçiriblər: "Azərbaycanla Ermənistan arasında normallaşma prosesini pozmaq üçün Rusiya kifayət qədər fəallaşıb. Ermənistan Azərbaycanla sərhəddə ordu yığır. Ermənistanın hərbi toqquşmaya getməkdə məqsədi sülh prosesinə zərbə vurmaq və strateji yüksəklikləri ələ keçirməkdən ibarətdir. Bu, hərbi eskalasiya Ermənistana yenidən itkilər yaşadacaq. Belə gedərsə, Azərbaycan sərhəddi Cermuxun mərkəzindən çəkəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31