Azərbaycan - Pakistan münasibətlərinin inkişafı nə vəd edir

"Birmənalı şəkildə qeyd etmək olar ki, Türkiyədən sonra  Azərbaycana ən  yaxın  və dəstəkləyən ikinci ölkə qardaş Pakistan dövlətidir. Pakistan-Azərbaycan münasibətləri  müstəqilliyimizin ilk günlərindən ən yüksək qurulub və bu əlaqələr  daha da inkişaf etməkdədir".

Bunu "Olaylar"a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, bu iki ölkə ən çətin anlarda  bir-birinə dəstək verib və bir yerdə olublar.  "Bu özünü Qarabağ məsələsində daha qabarıq formada  biruzə verib.  Azərbaycan da eyni qaydada Kəşmir məsələsində Pakistanın yanında olub.  Məhz bu münasibətlərin nəticəsi olaraq Pakistan indiyədək Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə etiraz olaraq İrəvanla heç bir diplomatik və  hər hansı formada  münasibətlər qurmayıb. İkinci Qarabağ savaşı zamanı isə qardaş Pakistan ilk andan Azərbaycana dəstək verib".

O əlavə edib ki, iyunun 15-də Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana baş tutan səfəri təkcə ikitərəfli əlaqələr baxımdan deyil, eyni zamanda regional əməkdşalıq baxımdan mühüm əhəmiyyət kəsb edir: "Belə ki, Azərbaycan-Pakistan  əlaqələri ikitərəli əlaqələrin inkiaşfı ilə yanaşı regional əməkdaşlığın inkişafına mühüm töhfə verən amildir. 

İkinci Qarabağ savaşından sonra Azərbaycanın Cənubi Qafqazda yaratadığı yeni reallıq  nəticəsində ölkəmiz  Avrasiya coğrafiyasında və dünya miqyasında  ciddi aktor kimi qəbul edilməkdədir.  Yeni reallığa uyğun olaraq Mərkəzi  və Cənub-Mərkəzi Asiya ölkələrlə  daha sıx əməkdaşlıq münasibətləri Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Yeni dünya düzəni  çərçivəsində Azərbaycan-Pakistan münasibətlərinin daha yüksək səviyyə qalxmasını zəruri edir.

Azərbaycan-Pakistan münasibətləri nə vəd edir:

Birincisi,  hərbi cəhətdən dünyada öz yeri olan və beynəlxalq aləmdə böyük nüfuza malik   Pakistan kimi ölkə ilə əməkdaşlığın  strateji müttəfiqlik səviyyəsinə qaldırılması Azərbaycanın gücünə əlavə güc qatmaqla, dünyadakı mövqeyini daha da gücləndirəcək.

İkincisi,  hərbi və  müdafiə sahəsində əməkdaşlığın inkişafı Azərbaycanın təhlükəsizlik və müdafiə qabliyyətinin daha etibarlı şəkildə  təmin edilməsinə xidmət edəcək. Azərbaycan Prezidenti də mətbuata  açıqlamasında bəyan etdi ki, dünyadakı qeyri-sabitlik  dövründə güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. O baxımdan da   müdafiə sahəsində sıx əməkdşalıq və birgə hərbi təlimlər ordumuzun daha  peşəkarlıq səviyyəsinin artırılmasdına öz müsbət töhfəsini verər. 

Üçüncüsü,  İkinci Qarabağ müharibəsindən sonra regionda çoxtərəfli formatlarda, regional əməkdaşlığın inkişafı baxımdan  mühüm rol oynayacaq. Xüsusən də Mərkəzi Asiya və Cənubi Asiya istiqamətindəki ölkələrlə, o cümlədən digər region ölkələri ilə əlaqələrin inkişafına öz töhfəsini vermis olacaq.

Dördüncüsü, Şərq-Qərb marşrutunun, xüsusən də Orta Dəhlizin səmərəliliyinin təmin edilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Beşincisi, ikitərəfli  iqtisadi-ticari, enerji, təhsil, turizm  və digrə sahələrdə əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. Bu da iki ölkə arasında  daha sıx əlaqələrin dərinləşməsinə  imkan verəcək.

Altıncısı,  iki ölkə arasındakı münasibətlərin inkişafı Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması və mövqeyinin möhkəmlənməsinə,  dünya ölkələrinin onunla hesablaşmasına  gətirib çıxaracaq".

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31