Azərbaycan İran vətəndaşlarına beynəlxalq hava limanlarında viza verilməsini dayandırır

23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandırır.

Olaylar.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, Azərbaycana səfər edəcək İran vətəndaşları öncədən "ASAN viza" almalı və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31