Azərbaycanın multikulturalizm ənənələri Berlində təbliğ olunacaq
16 İyun 2023 15:53 SiyasətMilli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iyunun 17-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə səfər edəcək. MM-dən "Olaylar"a bildirilib ki, millət vəkili səfərdə "Azərbaycanda yəhudi irsi" adı ilə keçirilən tədbirdə iştirak edəcək. Avropada fəaliyyət göstərən yəhudi təşkilatlarının, Almaniyanın dövlət və hökumət rəsmilərinin, Bundestaqın üzvlərininvə akademik dairələrin nümayəndələrinin qatılacağı tədbir çərçivəsində, həmçinin "Azərbaycanda yəhudi irsi" adlı fotokitabın təqdimatının və sərginin keçirilməsi də nəzərdə tutulub.
Səfər iyunun 22-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31