Bakıdan rayonlara dənizlə sərnişin daşınması təklif olunur
16 İyun 2023 15:54 Siyasət"Bizim imkanımız var ki, sərnişindaşımada dənizdən istifadə edək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Rüfət Quliyev deyib: "O cümlədən, Bakıdan Lənkəran, Sumqayıt, Nabran istiqamətində bunu edə bilərik. Mən təklif edirəm ki, imkan varsa, bunu yenidən edək. Vaxtilə 15-17 il öncə belə bir sistem var idi. Bakıdan Lənkərana dənizlə 4-5 saata gedilirdi və bu, müəyyən qədər rahatlığı təmin edə bilirdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31